14 İyul 2026
Dünya futbolu

“Çelsi” 15 yaşlı futbolçu üçün 20 milyon verdi

“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu Ekvador U17 millisinin üzvü Kendri Paeslə müqavilə bağlayıb. Ölkəsinin “İndependiente del Valla” klubunda çııxş edən 15 yaşlı oyunçu 2025-ci ilin yayında komandaya qoşulacaq.

“Çelsi”nin azyaşlı üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir. 

Paes bu mövsüm klubda keçirdiyi 3 oyunda 1 qola imza atıb. O, Ekvadorun 17 yaşadək futbolçulardan ibarət yığmasında 7 oyunda 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43