İdman

Çexiyalı azarkeşlər millimizi sevindirəcəkmi?

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə səfərdə oynayacaq Azərbaycan millisi, deyəsən, “12-ci oyunçu” problemiylə qarşılaşmayacaq.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanın keçiriləcəyi Ostravanın “Mestski” stadionunun kassalarından öyrəndik ki, bilet satışında aktivlik yoxdur.

Şəkillərdən gördüyünüz kimi, stadionun kassalarında 8 pəncərənin cəmi 1-i xidmət göstərir. Günortayadək 5 pəncərədən satış olub

Öyrənə bildik ki, az əvvələ qədər (Yerli vaxtla 18:00) cəmi 4000 bilet satılıb. Qiymətlər sektorlara görə 20-50 manat arasında dəyişir.

12500 tutumlu arenanın dolacağı gözlənilmir.

Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43