Ölkə futbolu

Coşqun Diniyev Türkiyədə yenə fərqlənib

”Ümraniyespor”da çıxış edən Coşqun Diniyev növbəti dəfə fərqlənib.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi “Gençlerbirliği” ilə oyunda komandasının yeganə qolunun ötürməsini edib. Görüş 1-1 hesabıyla başa çatıb.

Coşqun Diniyev bu mövsüm 19 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43