Kateqoriyasız

“Çox möhtəşəm bir kluba gəlmişəm” – “Qarabağ”ın yeni transferi

“Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum., hər şey yüksək səviyyədədir. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Faysal Rerras deyib. 26 yaşlı futbolçu daha sonra sözlərinə belə davam edib:

“İlk oyuna çıxacağım günü səbirsizliklə gözləyirəm. Müdafiənin həm sağ, həm də sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. “Qarabağ” haqqında məlumatım var idi, avrokuboklarda oyunlarını izləmişdim.  Fransa klubları ilə oynayarkən də komanda haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sonacan mübarizə aparan futbolçu görəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43