İdman

Daha bir atletimiz dopinqli çıxdı

Beynəlxalq Ağır Atletika Federasiyası London Yay Olimpiya Oyunlarında götürülən dopinq testinin təkrar yoxlanılması zamanı müsbət nəticə verən 11 idmançının adını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, siyahıda Azərbaycan millisinin ağırlıqqaldıranı İntiqam Zairov da yer alıb.

 

“London-2012″də  idmançımızdan götürülən analiz təkrar yoxlamada müsbət nəticə verib. Onun orqanizmində deqidroxlorometiltestosteron aşkarlanıb.  4 il öncəki Olimpiadada 94 kq çəki dərəcəsində 6-cı olan Zairovun 8 illik diskvalifikasiyası da var.

 

Ümumilikdə siyahıda 4 rusiyalı varsa, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Moldova, Belarus və Qazaxıstanın bir atleti yer alıb.

 

Qeyd edək ki, yığmamız Rioya qazandığı 4 lisenziyadan məhrum edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43