İdman

Daha bir idmançımız bu gün yarışa qoşulur

Azərbaycanın daha bir təmsilçisi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub. 

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan yığmasının 64 kq çəki dərəcəsində çıxış edən boksçusu Lorenzo Sotomayor yarışa 1/16 final mərhələsindən başlayıb. 

İdmançımızın ilk rəqibi ukraynalı Vladimir Matviyçuk olub. Hər üç raundda rəqibindən üstün olan Lorenzo döyüşü qələbə ilə başa vurub – 3:0 (30:27, 30:27, 30:27). Riodakı ilk qələbəsi ilə 1/8 finala yüksələn idmançımız növbəti döyüşünə avqustun 15-də çıxacaq. Sotomayorun rəqibi fransalı Hassan Amzil olacaq.
Xatırladaq ki, 75 kq çəki dərəcəsində çıxış edən boksçumuz Kamran Şahsuvarlı da yarışa qələbə ilə başlamışdı. İlk döyüşdə qalib gələn idmançımız avqustun 12-də 1/8 final görüşünə çıxacaq. Cüdoçumuz Uşanqi Kokauri isə bu gün tatami üzərinə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43