Ölkə futbolu

Dario Frederiko: “Azərbaycanın “El-Klassiko”sunda qalib gəlmək sevindiricidir”

“Neftçi”nin futbolçusu Dario Frederiko “Qarabağ”la oyundan sonra klubun rəsmi saytına açıqlama verib. “Neftçi” – “Qarabağ” qarşılaşmalarını “Azərbaycanın “El-Klassiko”su adlandıran braziliyalı yarımüdafiəçi “Neftçi” camiəsini təbrik edib:

“Bu, 6 xallıq oyun idi. Rəqib ən yaxın izləyicimizdir və bir pillə aşağıda qərarlaşıb. Yəni qalib gəlməklə, xal fərqini artıracağımızı anlayırdıq. Buna görə də oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Həm də deyərdim ki, bu, Azərbaycanın “El-Klassiko”sudur. Rəqibin gücünə, futbolçularının fərdi keyfiyyətinə bələd idik. Məşqçilərimiz həftəboyu rəqibin zəif nöqtələrini düzgün analiz etmiş, bunu bizə düzgün çatdırmışdılar. Biz də çalışdıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirək. Çox şadam ki, bu bizdə yaxşı alındı və istədiyimiz nəticəni əldə edə bildik. Qələbə münasibətilə azarkeşlərimizi, bütün “Neftçi” camiəsini təbrik edirəm. Artıq sabahdan növbəti oyun haqda düşünməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43