12 İyul 2026
Kateqoriyasız

DÇ-2016-nın püşkü atılır: millimizin rəqibləri bəlli olur

Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatının püşkü atılacaq.

İdmanxeber.com-un məlumatına görə, milli komandamızın da çıxış edəcəyi mundialda qrupların tərkibi bu gün təşkil olunacaq püşkatma mərasimində müəyyənləşəcək.

DÇ-da çıxış edəcək 24 milli komanda 4 səbətə bölünüb. Tarixində ilk dəfə final mərhələsinə vəsiqə qazanan Azərbaycan millisi sonuncu səbətdə yer alıb.

Qeyd edək ki, püşkatma mərasimi 19-dan 20-nə keçən gecə Bakı vaxtı ilə saat 04:00-da baş tutacaq.

Xatırladaq ki, Kolumbiyada keçiriləcək mundial bu ilin sentyabr ayının 10-dan oktyabrın 1-dək keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43