Dünya futbolu

DÇ-2022: Fransa uduzdu, Argentina və Avstraliyadan qələbə – YENİLƏNİB

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün 3-cü turun digər oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, C və D qruplarında ümumilikdə 4 matç baş tutub.

C qrupunda Polşa Argentina ilə üz-üzə gəlib. Bu matçın həm qalibi Argentina, həm də məğlubu Polşa 1/8 finala yüksəlib. Polşanın məğlubiyyətə rəğmən qrupdan çıxmasına səbəb Meksikanın Səudiyyə Ərəbistanına iki top fərqi ilə qalib gələ bilməməsi olub.

D qrupunda 1/8 finala vəsiqəni təmin edən Fransa Tunislə qarşaşıb. Fransızlar bu matçda məğlub olub.

Avstraliya isə Danimarkanı məğlub edərək qrupdan çıxıb..

30 noyabr

DÇ-2022

Qrup mərhələsi, 3-cü tur

C qrupu

23:00. Polşa – Argentina – 0:2 

Qollar: Aleksis Makallister, 46, Julian Alvarez, 68

23:00. Səudiyyə Ərəbistanı – Meksika – 1:2 

Qollar: Henri Martin, 48 (0:1), Luis Çavez, 52 (0:2), Hattan Bahebri, 90+5 (1:2)

D qrupu

19:00. Avstraliya – Danimarka – 1:0

Qol: Mettyu Leki, 60 (1:0)

19:00. Tunis – Fransa – 1:0

Qol:  Vahbi Xazri, 58 (1:0)

Ləğv olunan qol: Antuan Qrizmann, 90+8 (VAR – Fransa)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43