Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ölkəmizdə canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, noyabrda keçiriləcək dünya çempionatını ölkəmizdə İctimai TV canlı yayımlayacaq. Bu barədə məlumatı kanal öz sosial hesablarından paylaşım edərək bildirib.
Qeyd edək ki, bu çempionat tarixdə ilk dəfə payız-qış aylarında, 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq..