Premyer Liqa

Derbi öncəsi ciddi itkilər

Azərbaycan Premyer Liqasının 31-ci turu aprelin 25-də start götürür.

İdmanxeber.com-un məlumatına görə, turun mərkəzi matçı “Bakcell Arena”da olacaq. “Neftçi” burada lider “Qarabağ”ı qonaq edəcək.

Derbi öncəsi hər iki komanda da ciddi itkilər var. Belə ki,  “Qarabağ”da Maksim Medvedev cəza, Flavinyo və Məqsəd İsayev zədə səbəbindən bu matçı buraxmalı olacaqlar.

Qeyd edək ki, qarşılaşma saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43