15 İyun 2026
Ölkə futbolu

Derbiyə doğru: “Qarabağ”da ciddi itkilər, “Neftçi” rahatdır

Misli Premyer Liqasının XI turunda “Qarabağ” doğma meydanda “Neftçi” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu vacib oyuna ciddi itkilərlə çıxacaq. Kadi Borges və Musa Qurbanlı zədə səbəbindən derbini buraxacaqlar. Heyətdə cəzalı futbolçu yoxdur.

“Neftçi”də isə hər şey qaydasındadır. Komandada cəzalı və ya zədəli futbolçu yoxdur.

Qeyd edək ki, “Azərsun Arena”da baş tutacaq “Qarabağ” – “Neftçi” qarşılaşması noyabrın 9-da keçiriləcək. Matçın start fiti 18:44-də səsləndiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43