Kateqoriyasız

“Diqqətimizi Avropa Liqasına yönəltmişik” – “Səbail”in legioneri

“Səbail”in yeni transferi Bilal Həmdi paytaxt klubuna keçidindən danışıb.

İdmanxeber.az xəbər verir ki, “Zirə”dən “Səbail”ə keçən əlcəzairli yarımmüdafiəçi, mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Səbail”də özümü ilk gündən yaxşı hiss edirəm. Komanda yoldaşlarım məni çox yaxşı qarşıladılar. Dilan Duventru ilə Kamal Bayramovu isə hələ keçmiş klubumdan tanıyıram. “Səbail” ilə müqavilə imzalamağa çox şad oldum. Hal-hazırda diqqətimizi Avropa Liqasının hazırlıq prosessinə yonəltmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43