Kateqoriyasız

Dmitri Nazarovlu “Karlsrue” məğlub oldu

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Karlsrue” II Bundesliqanın XXXII turunda “Darmştadt”la qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, ikinciliyi əl keçirmək üçün bu rəqibini məğlub etməli olan “Karlsrue” bunu bacarmayıb. Nazarovun komandası öz meydanında məğlub olub – 0:1.

Bu görüşdə Dmitri Nazarov 83-cü dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, “Karlsrue” hazırda 52 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43