İdman

Dünya çempionatında gümüş medal

Finlandiyanın Seynyajoki şəhərində veteranlar arasında yunan-Roma güləşi üzrə növbəti dünya çempionatı keçirilib.

İdmanxeber.com-un məlumatına görə, dairəvi sistem üzrə keçirilən yarışlarda ən çox qələbə qazanan idmançı qalib elan olunurdu. Yarışlarda 44 ölkədən 250 güləşçi 7 dəst mükafat uğrunda mübarizə aparıb. Ölkəmizi Əlisahib Əliabbasov (76 kq), Məmməd Əliyev (85 kq) və Rövşən İsmayılxanlı (130 kq) təmsil edib. 130 kq-da mübarizə aparan Rövşən İsmayılxanlı yer aldığı D qrupunda gümüş medal qazanıb. Qeyd edək ki, Rövşən İsmayılxanlı bundan əvvəlki çempionatlarda iki dəfə bürünc medal qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43