14 İyul 2026
Dünya futbolu

Dünya çempionu İngiltərəni tərk edə bilər

“Aston Villa”nın qapıçısı Emiliano Martinez cari mövsümün sonunda klubunu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı oyunçu ilə Səudiyyə Ərəbistanı çempionatından maraqlananlar var. Ancaq Martinez hələlik Yaxın Şərqə yollanmaq niyyətində deyil. O, yüksək səviyyədə çıxış etməyə davam edərək 2026-cı il dünya çempionatına ideal formada yollanmaq istəyir.

Argentinalı dünya çempionu bu mövsüm “Aston Villa”nın heyətində 52 oyuna çıxıb, 61 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43