İFFHS “Qarabağ”ı dünyanın ən yaxşı 100 klubundan biri seçdi
İdmanxeber.az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Azərbaycan təmsilçiləri arasında ən yüksək göstəriciyə “Qarabağ” sahib olub – Qurban Qurbanovun komandası 171 xalla 82-ci pillədə qərarlaşıb və 14 yer irəliləyib.
“Sabah” (81 xal) 296-cı, “Araz-Naxçıvan” (66.5 xal) 391-ci, “Zirə” (65.5 xal) isə 407-ci yerdədir.
Reytinqin zirvəsində 537 xalla Fransanın PSJ klubu yer alıb.

