Müqavilə ilə “Əl Nəsr”ə məxsus olan və icarə əsasında “Fənərbağça”da çıxış edən Con Duran karyerasını Rusiyada davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, kolumbiyalı hücumçunun “Zenit”lə razılığa gəldiyini açıqlayıb. Futbolçu artıq müqaviləni rəsmiləşdirmək üçün Rusiyaya yollanıb.
Qeyd edək ki, 22 yaşlı Duran bu mövsüm “Fənərbağça”nın heyətində 21 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

