Ölkə futbolu

Eddi İsrafilov komandasına nə qədər qazandırıb ?

Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilovun “Mursiya” klubuna bu vaxta qədər qazandırdığı pulların miqdarı açıqlanıb. 

İdmanxeber.com-un İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırkı dövrə qədər  müxtəlif komandalara icarəyə verilmiş 24 yaşlı yarımmüdafiəçi üzərindən “Mursiya” 400 min avro əldə edib.

 

Belə ki, icarə müddətinə görə “Qranada” qarşı tərəfə 200 min, “Eybar” və “Kordoba” isə hərəyə 100 min avro köçürüblər.

 

Son olaraq “Kordoba” çıxış etmiş İsrafilovun yeni mövsümə hansı komandada başlayacağı hələlik məlum deyil..

 

Qeyd edək ki, ötən ildən Azərbaycan yığmasına çağırılan Eddi millimizin heyətində 5 oyun keçirib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43