Kateqoriyasız

Elbrus Məmmədov: “Ona ümidim böyükdü”

“0:2 hesabından sonra çətin olacaq. Bizi “İnter”lə olduqca çətin oyun gözləyir. Ancaq buna baxmayaraq “İnter”lə oyuna hazırıq”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov deyib.

Cənub komandasının çalışdırıcısı “İnter”lə qarşılaşacaqları kubok matçında uzun müddətdi ki, zədədən əziyyət çəkən Skarlatakenin sabah meydana çıxıb-çıxmayacağı ilə bağlı verilən sualı belə cavablandırıb:

“Hər şey oyun günü bilinəcək. Skarlatakeyə ümidim böyükdü”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” matçı sabah saat 17:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43