Dünyadan

İbrahimoviç “Çelsi”nin futbolçularını ələ saldı: “…11 körpə ağlayırdı”

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasının 1/8 finalında “Çelsi” ilə cavab oyunundan (2:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, İbra qırmızı vərəqə ilə cəzalandırıldığı epizod haqda da danışıb:

“Sanki meydanda hakim yox idi. Qırmızı vərəqə aldığım epizodda “Çelsi”nin futbolçularının vəziyyəti ürəkağrıdıcı idi. Cəzalandırılmağım üçün elə bil ətrafımda 11 körpə ağlayırdı. Bütün bunlara baxmayaraq, nəticədən məmnunam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43