26 İyul 2026
Dünya futbolu

Əliyar Ağayev Avroliqa oyununa təyinat aldı

UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 5-də keçiriləcək “Rakov” (Polşa) – “Ştrum Qraz” (Avstriya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. 

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. 

Qeyd edək ki, oyunun VAR hakimləri niderlandlı Jeroen Manschot və Sergey Ervin Blankdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43