“Allah bizə şans vermişdi, yararlanmaq istəyirdik. Amma alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Səbail”in məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 34-cü turunun “Zirə” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, daha sonra sözlərinə bunları əlavə edib:
“Şansı mənə verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Əlimizdən nə gəldisə, etməyə çalışdıq. Mənim də adım var. Bu barədə rəhbərliklə danışmamışıq. Çünki ümidimiz var idi. Yenidən Premyer Liqaya yüksəlmək üçün təklif olarsa, niyə də olmasın?”

