Kateqoriyasız

Elxan Məmmədov, Honda və Də Byazi Ağdamda – Fotolar

“Neftçi”nin futbolçusu keysuke Honda Ağdama gedib. Bu barədə yaponiyalı ulduz futbolçu özünün instaqram hesabında paylaşım edib.

O, AFFA-nın icraçı-vitse prezidenti Elxan Məmmədov və Azərbaycan millisinin italiyalı baş məşqçisi Canni De Byazi ilə birgə fotosunu paylaşıb. Honda həmçinin vaxtilə “Qarabağ”ın ev oyunlarını keçirdiyi “İmarət” stadionu ərazisində futbol oynayıb.

Honda səfəri barədə bunları yazıb:

“Dünən mən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində, “Qarabağ” öz ev oyunlarını hazırda olduğum yerdə keçirməlidi – Ağdamın “İmarət” stadionunda. İnanıram ki, burda futbol yenidən doğulacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43