Ölkə futbolu

Emin Mahmudovun komandası ispan klubu ilə qarşılaşacaq

Əslən azərbaycanlı olan Emin Mahmudovun forma geyindiyi Portuqaliyanın “Boavişta” klubu növbəti yoxlama matçını keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın bu dəfəki rəqibi İpsaniya La Liqasından “Selta Viqo” olacaq.

Oyun avqustun 3-ü yerli vaxtla 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43