15 İyun 2026
Dünya futbolu

Ertuğrul Sağlam Azərbaycandan təklif alıb – açıqlama

Türkiyəli məşqçi Ertuğrul Sağlam Azərbaycandan təklif alıb.

İdmanxeber.az-ın məlumatına görə, bu haqda mütəxəssis özü açıqlama verib. 

“Azərbaycandan və Super Liqadan dəvət almışdım. Lakin bütün fikrimi “Kocaelispor”a yönəltdiyim üçün imtina etdim. Müqaviləmə sadiq qalmaq istəyirdim”.

Sağlam sonuncu dəfə “Kocaelispor”da işləyib. O, 2024-cü ilin dekabrında həmin klubdan ayrılmışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43