“Çelsi”nin sabiq futbolçusu Maykl Essyenin yeni klubu müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, qanalı karyerasını İndoneziyada davam etdirəcək. Təcrübəli yarımmüdafiəçi sözügedən ölkənin “Persib Banduq” klubu ilə anlaşıb. Tərəflər arasında artıq 1+1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Essyen vaxtı ilə “Real”, “Milan”, “Lion” kimi klublarda çıxış edib. 34 yaşlı futbolçunun son klubu ilə “Panatinaikos” olub.