Kateqoriyasız

Evdə 700-cü qol

“Qarabağ” Azərbaycan çempionatlarında 700-cü ev qolunu vurub.

İdmanxeber.az-ın məlumatına görə, yubiley qoluna Bədavi Hüseynov imza atıb. Təcrübəli müdafiəçi Premyer Liqanın 8-ci turunun “Keşlə” ilə (6:1) oyununda vurulan ikinci qolun müəllifi olub.

Bu qarşılaşmayadək hesabında 698 top olan “Qarabağ” öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.

Ağdam təmsilçisinin ölkə çempionatlarında ilk ev qolu 1992-ci il mayın 3-də vurulub. Sabirabad “İnşaatçı”sı ilə qarşılaşmada (1:2) hesabı açan Mehman Alışanov həm də Azərbaycan çempionatı tarixində ilk qolun müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43