“İmişli” Misli Premyer Liqasının 13-cü turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub.
İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında görüşü şərh edib:
“Oyun çox çətin keçdi. Evdə uduzduğumuza görə məyusuq. Matça “Sabah” yaxşı başladı. Daha sonra oyunu bərabərləşdirməyi bacardıq. Hətta qol da vurduq. Bizim düşüncəmizə görə ofsayd yox idi. Amma VAR fərqli qərar verdi. İlk dəfə deyil ki, belə hallarda VAR bizim əleyhimizə qərar verir. İkinci hissədə ilk qola qədər bərabər oyun gedirdi. Futbolçular məğlub duruma düşdükdən sonra qol vurmaq üçün çox çalışdılar. Yaxşı şanslarımız olsa da, qol vura bilmədik. Rəqibi təbrik edirəm”.

