İngiltərəli qapıçı Tom Hiton “Everton”a keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Liverpul klubu 37 yaşlı oyunçu ilə müqavilə bağlamaq niyyətindədi. Mövsümü “Mançester Yunayted”də keçirən təcrübəli qolkiperin klubla sözləşməsi sona çatıb.
Hiton 2021-ci ilin yayından “qırmızı şeytanlar”da çıxış edir. Bu müddətdə qapıçı 3 oyun keçirib.

