Dünya futbolu

Əzəli rəqibin düşərgəsindən isti açıqlama: “Səmimi deyəcəm, “Qarabağ”ın mərhələ adlamasını istəyirəm”

“Neftçi”nin futbolçusu Yuri Matias əzəli rəqibləri “Qarabağ”ın Avropa Liqasında pley-offa çıxmasını arzuladığını bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, bugünkü oyunda Ağdam klubuna uğur arzulayıb:

“Qarabağ”ın “Hekken”i məğlub etməsini istəyirəm. Bu, ölkə futbolu adına da önəmlidi. Ona görə də səmimi deyəcəm, “Qarabağ”ın bugünkü oyunda qələbə qazanmasını istəyirəm. Onlara uğurlar arzu edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43