Dünya futbolu

“Fənər” istədi, klubu ilə müqavilə yenilədi

“Kayserispor” futbolçusu Onur Bulutla müqavilə uzatdı.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça”nın hədəfində olan futbolçu komandası ilə 3 illik sözləşmə imzalayıb. Oyunçunun sərbəst qalma təzminatı 1 milyon avro olaraq qiymətləndirilib.

28 yaşlı müdafiəçinin transferində öncəliyin “Fənərbağça” kubunda olacağı bildirilir. İki gün ərzində danışıqlar davam edəcək. Əgər tərəflər razılaşa bilməsə, İstanbul təmsilçisi bir milyon avro qarşılığında müdafiəçini heyətinə qatacaq.

Onur Bulut cari mövsüm “Kayserispor”un heyətində 23 oyunda forma geyinib. Onun aktivində 3 qol, 4 assit var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43