05 İyul 2026
Dünya futbolu

“Fənərbağça” Avropa Liqası ilə vidalaşdı – VİDEO

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, doğma meydanda “Reyncers”ə məğlub olan (1:3) “Fənərbağça” səfərdə rəqibini üstələyə bilib – 2:0.

İki oyunun nəticəsinə görə qalib müəyyənləşmədiyi üçün görüşdə penaltilər seriyası baş tutub. Burada isə Şotlandiya təmsilçisi turu keçən tərəf olub.

Həmin matçın videoicmalını təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43