“Fənərbağça” “Mançester Siti”nin qapıçısı Edersonun transferində maraqlıdır.
İdmanxeber.az-ın məlumatına görə, daha əvvəl Türkiyənin digər klubu “Qalatasaray” 32 yaşlı braziliyalını heyətinə qatmaq istəsə də, onun 8,7 milyon avroluq təklifi ingilislər tərəfindən rədd edilib.
2024/25 mövsümündə Ederson bütün yarışlarda 40 matçda 54 qol buraxıb və 13 oyunda qapısını toxunulmaz saxlayıb. Onun müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
“Transfermarkt” futbolçunun transfer dəyərini 20 milyon avro qiymətləndirir.

