”Fənərbağça” həftəsonu keçiriləcək “Qalatasaray”la Türkiyə Superkuboku oyununa əsas komandasını aparmayacaq.
İdmanxeber.az məlumat verir ki, “sarı-lacıvərdlilər” bu görüşə U-19 komandasıyla çıxacaq. Bu barədə məlumatı “Fənərbağça” rəhbərliyindən Erol Bilecik verib. O, bu görüşün tarixin dəyişdirilməyəcəyi və xarici hakim olmayacağı təqdirdə bu qərarı aldıqlarını açıqlayıb.
Xatırladaq ki, “Qalatasaray” – “Fənərbağça” görüşü aprelin 7-si oynanılacaq. Görüş Şanlıurfada baş tutacaq.