Dünya futbolu

“Fənərbağça”nın futbolçusu əməliyyat olundu

“Fənərbağça”nın müdafiəçisi Linkoln Enrike əməliyyat olunub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb. Avropa Liqasında “Sevilya”ya qarşı ilk oyunda zədələnən oyunçu bir müddətdir yaşıl meydanlardan uzaq qalıb.

Dizindən əməliyyat olunan Linkolnun yenidən meydanlara qayıdacağı tarix açıqlanmayıb.

O, cari mövsüm “Fənərbağça” forması ilə 35 matçda çıxış edib və iki qol vurub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43