Dünya futbolu

Zidan və Poçettino London klubu üçün namizəddir

Maurisio Poçettino yenidən “Tottenhem”ə qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, London klubu Antonio Kontenin qovulmasından sonra baş məşqçi postuna namizədlər axtarır.

“Sky Sport” yazır ki, bu vəzifənin əsas favoriti məhz argentinalı mütəxəssisdir. İddiaçılar siyahısında Yulian Naqelsman, Luis Enrike və Zinəddin Zidan da var.

Hələlik komandanı Kristian Stellini mövsümün sonuna kimi idarə edəcək. Klub yeni baş məşqçinin təyinatı ilə bağlı qərarını yayda verəcək.

Poçettino 2014-2019-cu illərdə “Tottenhem”i çalışdırıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43