O, karyerasını Ərəbistanda davam edəcək.
“Fənərbaxça” brazilyalı futbolçusu Vektor Juilyano Səudiyyə Ərəbistanı “Əl Nasr” klubuna keçib. İstanbul nəhənginin rəsmi saytından verilən məlumata görə, bu transferi üçün qarşı tərəf “Fənərbaxça”ya 10 milyon 500 min avro ödəyib.
Qeyd edək ki, Vektor Juilyano ötən mövsüm “Zenit” komandasın 7 milyon avro qarşılığında “Fənərbaxça”ya transfer olmuşdu. O, 30 oyuna 14 dəfə fərqlənərək komandasının ən çox qol vuran oyunçusu olmuşdu.
İdmanxeber.az