Dünya futbolu

“Şerif”in baş məşqçisi: “Qarabağ”ı analiz etmişik”

“Şerif” səfərdə qələbə qazanıb.

İdmanxeber.az-ın məlumatına görə,”Qarabağ”ın Aroliqanın pley-off mərhələsindəki rəqibi olan “Şerif” komandası Moldova çempionatının XVII turunda səfərdə qələbə qazanıb. Matçın ardından Moldova təmsilçisinin baş məşqçisi Andrey Korneenkov “Qarabağ”la oynanacaq görüşlərdən danışıb:

“Çempionat oyununa görə “Qarabağ”la olan matçların hazırlıqlarına başlamamışıq. Ancaq məşqçilər rəqiblə bağlı qeydlərini aparıb, analiz ediblər. Bugündən bu oyunların hazırlıqlarına başlaycayıq. Çətin qrafikdə çalışırıq. Həm ölkə çempionatı, həm də Avroliqadakı oyunlar. İki cəbəhədə mübarizə apardığımız üçün bəzi futbolçulara istirahət verməyə çalışırıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43