“Fənərbağça” Rodriqo Bekao üçün transfer yarışına yenidən daxil olub.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi “Udineze”yə 12 milyon avroluq yeni təklif göndərib.
Xatırladaq ki, braziliyalı müdafiəçi ilə “Atalanta” da maraqlanır.
Bekao son mövsümdə 28 oyuna çıxıb və 2 qol vurmağı bacarıb.

