Kateqoriyasız

Fariz Yusifov Çempionlar Liqası matçına təyinat aldı

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək APOEL (Kipr) – “Vardar” (Makedoniya) oyununda hakim dəyişikliyi olub.

İdmanxeber.com-un məlumatına görə, FİFA dərəcəli hakimimiz Rəhim Həsənov viza problemi ilə üzləşdiyi üçün onun əvəzinə sabiq FİFA hakimi Fariz Yusifov təyinat alıb. 

Yusifov 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, azərbaycanlı hakimlər briqadasına Əliyar Ağayev başçılıq edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43