19 İyun 2026
Dünya futbolu

Federasiya Montella ilə müqavilə uzadır

Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçentso Montellanı komandada saxlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, italiyalı mütəxəssisin müqaviləsi uzadılır. Onunla 2028-ci ilin sonuna kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. Bazar ertəsi günü imza mərasimi təşkil olunacaq.

Vinçentso Montella 2023-cü ilin sentyabr ayından Türkiyə yığmasını çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43