Milli komandamızın sabiq baş məşqçisi Canni De Byazi yığmanın hazırkı çalışdırıcısı Fernandu Santuş barədə fikirlərini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, italiyalı məşqçi portuqaliyalı həmkarı barədə bunları deyib:
“Albaniyada nəticələr özünü çox gözlətmədi. Azərbaycan millisi ilə də məmnunluq hissi keçirməyi bacardım. İndi komandanı Fernandu Santuş çalışdırır. Onun böyük təcrübəsi var, lakin bu işdə çətinlik çəkir”.

