05 İyun 2026
Ölkə futbolu

Kevin Medina “Qarabağ”dan ayrılır? – Onu bu klub istəyir

“Qarabağ”ın futbolçusu Avropa klubunun maraq dairəsinə düşüb.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Kevin Medinadan gəlir. Təcrübəli müdafiəçi karyerasını Yunanıstanda davam etdirə bilər.

AEK klubu oyunçunun xidmətində maraqlıdır. Afina təmsilçisi Medinanı rənglərinə bağlamaq niyyətindədir.

Yunanıstan təmsilçisi bir müddətdir oyunçunun çıxışı izləyir. Yayda futbolçu Ağdam klubunu tərk edə bilər.

Kevin Medina 2020-ci ildən “Qarabağ”da çıxış edir. Onun “köhlən atlar” ilə 2025-ci ilin iyununa qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43