19 İyun 2026
Ölkə futbolu

Fenandu Santuş millimizin heyətini açıqladı 

Azərbaycan milli komandasının iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb.

Portuqaliyalı mütəxəssis mayın 27-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:

S. Ad/Soyad Klub
1 Rza Cəfərov Neftçi
2 Şahrudin Məhəmmədəliyev Qarabağ
3 Aydın Bayramov Zirə
4 Abbas Hüseynov Qarabağ
5 Mert Çelik Səbail
6 Bəhlul Mustafazadə Qarabağ
7 Bədavi Hüseynov Qarabağ
8 Zamiq Əliyev Eqnatia (Albaniya)
9 Rəhman Daşdəmirov Sabah
10 Elvin Bədəlov Sumqayıt
11 Elvin Cəfərquliyev Qarabağ
12 Cəlal Hüseynov Şamaxı
13 Səbuhi Abdullazadə Sumqayıt
14 Ceyhun Nuriyev Zirə
15 İsmayıl İbrahimli Zirə
16 Rauf Rüstəmli Şamaxı
17 Şahin Şahniyarov Qəbələ
18 Emin Mahmudov Neftçi
19 Anatoli Nuriyev Sabah
20 Toral Bayramov Qarabağ
21 Mahir Emreli Nürnberq (Almaniya)
22 Nəriman Axundzadə Qarabağ
23 Xəyal Əliyev Sabah
24 Renat Dadaşov Radomiak Radom (Polşa)
25 Musa Qurbanlı Qarabağ

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43