“Real”ın yarımmüdafiəçisi Luka Modriç Lionel Messinin çıxış etdiyi “İnter Mayami”yə keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı xorvatiyalı ilə komanda yoldaşı ola bilər. İddia edilir ki, Messi bu barədə rəhbərliklə danışıb.
Transfer baş tutarsa, yarımmüdafiəçinin müqaviləsi bir il – 2026-cı ilin iyul ayına qədər davam edəcək və maaşı 2,5 milyon dollar olacaq.
39 yaşlı futbolçu müqaviləsi başa çatdığı üçün Klublararası dünya çempionatından sonra “Real”ı tərk edəcək.

