19 İyun 2026
Dünya futbolu

“Mançester Siti”nin futbolçusu İtaliya klubuna keçir

“Mançester Siti”nin futbolçusu Kevin De Brüyne mövsümün sonunda klubdan ayrılacaq.

İdmanxeber.az-ın məlumatına görə, belçikalı futbolçunu İtaliyanın “Napoli” klubu transfer etmək istəyir.

Onun hazırkı dəyəri “transfermarkt” portalına görə 30 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Kevin bu mövsüm 39 matçda 6 qol, 8 asist müəllifi olub.

Fərid Nəsibov 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43