“Lester”in hücumçusu Ceymi Vardi karyerasını İspaniyada davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xidmətində “Valensiya” klubu maraqlıdır. La Liqa təmsilçisi futbolçunun transferində maraqlıdır və yayda bunun üçün hərəkətə keçəcək.
38 yaşlı Vardi bu yay “Lester”i azad agent statusunda tərk edəcək. O, cari mövsümdə 36 oyunda meydana çıxaraq 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

