“Fənərbağça” heyətinə yeni futbolçu cəlb edir.
İstanbul klubu “Kalyari”nin müdafiəçisi Maurisio ilə razılıq əldə edib.
Çilili futbolçunun iyunun 19-da İstanbula gedəcəyi bildirilir. Tərəflər arasında 3 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 29 yaşlı sağ cinah müdafiəçisi ötən mövsüm “Kalyari”nin heyətində 34 oyuna çıxıb və 1 qol, 1 qol ötürməsi ilə yadda qalıb.