Dünyadan

“Fənərbaxça”nın ulduz futbolçusu üçün 17 milyon avroluq təklif

“Fənərbaxça”nın hücumçu Emanuyel Emenike üçün Qətərin “Lekviya” komandası rədd edilməyəcək bir təklif göndərib.

İdmanxeber.com-un məlumatına görə, Qətər təmsilçisi, nigeriyalı futbolçunun transferi üçün tam 17 milyon avro pul ayırıb. Bu təklifə "Fənərbaxça"nın necə bir cavab verəcəyi isə hələ dəqiq bilinmir.

Qeyd edək ki, bu mövsüm “Fənərbaxça” formasıyla on bir rəsmi matçda forma geyinən Emenike, yalnız iki dəfə fərqlənə bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43